Menyu

“Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi təşkil olunub

Operativ Media
“Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi təşkil olunub

Azərbaycan Milli Xalça Muzeyində “Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi təşkil olunub.

Operativ Media xəbər verir ki, görkəmli alim, xalçaçı-rəssam, Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr olunan layihə çərçivəsində ölkəmizin 14 tanınmış modelyer-dizayneri öz kolleksiyaları ilə iştirak edib.

Tədbirdə kolleksiyaların əsas süjet xətti Azərbaycan xalçaları və onların üzərindəki naxışların dəb sənayesinə inteqrasiyasından bəhs edib.

Bir-birindən dəbli geyimlərin nümayiş olunduğu tədbirdə ölkəmizdə milli modernizmin əsas təbliğatçılarından olan tanınmış modelyer “Meta4Fashion” geyim markasının yaradıcısı Mətanət Bayramovanın “Cənnət Yuxusu” kolleksiyasının təqdimatı olub.

Qeyd edilib ki, bu kolleksiya dəyərli bərpaçı-rəssam Mirzə Qədim İrəvaninin sonuncu və yarımçıq qalmış “Cənnət Yuxusu” əsərindən ilhamlanaraq ərsəyə gətirilib.

Bütün geyimlərində Avropa estetikası ilə Azərbaycanın milli koloritinin müasir və zərif sintezini təqdim edən bu kolleksiya həm praktik, həm də avanqard geyimlərin ahəngdar şəkildə bir araya gətirilməsi ilə seçilib. Hər bir libasda bir bədii yanaşma, incə detalçılıq və estetik həll göz oxşayıb.

“Bu cür geyimləri yaratmaqda və ümumiyyətlə “Meta4Fashion” olaraq milli modernizm dəst-xəttini tutmaqda məqsədimiz milli dəyərlərimizi təbliğ etmək, onları modern dəbin bir parçasına çevirmək və hamının öz üzərində daşımaq istəyəcəyi bir mövqeyə gətirməkdir”, - deyə modelyer Mətanət Bayramova bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər