http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“Mədəniyyət fədaisi” filmi təqdim edilib - FOTO

10 Aprel 2023 , 17:43
“Mədəniyyət fədaisi” filmi təqdim edilib - FOTO

Aprelin 8-də Lənkəranda Azərbaycanın görkəmli mədəniyyət xadimi Şövkət Səfərovanın anadan olmasının 90 illiyinə həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib. Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Şövkət Səfərovanın ailə üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

Şəhidlərimizin bir dəqiqəlik sükutu ilə başlanan tədbiri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov açıq elan edib və  səbəbkar haqqında fikirlərini bölüşüb. Ş.Səfərovanın gördüyü işlər və şərəfli həyat yolu haqqında filologiya elmləri doktoru, professor Yədulla Ağazadə də geniş çıxış edib. 

Daha sonra çıxış üçün söz rejissor Anar Kəkəyev və ssenarist Tural Kərimova verilib. Onlar da ərsəyə gətirdikləri film barədə qısa məlumat verdikdən sonra “Mədəniyyət fədaisi” adlı sənədli film nümayiş olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

OXŞAR XƏBƏRLƏR
“Eurovision 2025”in hansı şəhərdə keçiriləcəyi məlum olub

“Eurovision 2025”in hansı şəhərdə keçiriləcəyi məlum olub

Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu