22 Oktyabr 2022, 11:38
İş yerində ölən fəhlə ilə bağlı cinayət işi başlanıb
Oktyabrın 21-i saat 13 radələrində Nərimanov rayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Xalıq Əmirov müəssisənin ərazisində yerləşən işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.
"Operativ Media" xəbər verir ki, Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.