Menyu

Zelenski: Ukrayna silahları hədiyyə olaraq istəmir

Operativ Media
Zelenski: Ukrayna silahları hədiyyə olaraq istəmir
Kiyev və vilayətdə Rusiyanın zərbəsindən sonra gün ərzində bərpa və xilasetmə işləri davam edib.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında paylaşım edib.

Onun sözlərinə görə, Rusiya hücumu çoxsaylı ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib.

Zelenski qeyd edib ki, hazırda Ukrayna üçün ən böyük problem ballistik raketlərdir.

"Hücum zamanı qanadlı raketlərin təxminən 90 faizi ələ keçirilsə də, ballistik raketlərlə bağlı vəziyyət daha mürəkkəbdir. Ölkəyə “Patriot” sistemləri üçün raketlər lazımdır və onları yalnız tərəfdaşlar təmin edə bilər" , - deyə o bildirib.

O, Ukraynanın silahları hədiyyə olaraq istəmədiyini, onları almağa hazır olduğunu vurğulayıb.

Zelenskinin sözlərinə görə, əsas məsələ tərəfdaşların, ilk növbədə ABŞ-nin müvafiq siyasi qərarlar qəbul etməsidir. 

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər