Prezidentin köməkçisi Buxarada Yusif Qarabağinin məzarını ziyarət edib
Prezidentin köməkçisi Hikmət Hacıyev Buxarada Yusif Qarabağinin məzarını ziyarət edib.
Operativ Media xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.
"Qarabağdan Buxaraya uzanan bir elm yolu…
XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub.
1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib.
Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır.
Qarabağdan Buxaraya — əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü", - paylaşımda qeyd olunub.
Qarabağdan Buxaraya uzanan bir elm yolu…
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 24, 2026
XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub.
1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana… pic.twitter.com/JlU0yp2XYn
dəqiqələr içində saytın olsun.