Menyu

Prezident filiz yataqları ilə bağlı yeni Sərəncam imzalayıb

Operativ Media
Prezident filiz yataqları ilə bağlı yeni Sərəncam imzalayıb
1 dəq oxu

Azərbaycan Respublikasının Prezidenti filiz yataqlarının öyrənilməsi və istismarı ilə bağlı 2021-ci il tarixli Sərəncamında dəyişiklik edib.

Operativ Media xəbər verir ki, dəyişikliyə əsasən, əvvəlki sənədin əhatə dairəsindən Qaşqaçay və Ağduzdağ filiz yataqları çıxarılıb və Sərəncam yalnız Elbəydaş filiz yatağını əhatə edəcək şəkildə uyğunlaşdırılıb.

Sənədə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İqtisadiyyat Nazirliyi ilə birlikdə daha əvvəl bağlanan müqavilələrə xitam verilməsi və ya müvafiq dəyişikliklərin edilməsi tapşırılıb. Sərəncamdan irəli gələn digər məsələlərin həlli isə Nazirlər Kabinetinə həvalə olunub.

Əlaqəli Xəbərlər