Dənizkənarı Bulvar İdarəsi yenidən təşkil edilib
Dənizkənarı Bulvar İdarəsinin hüquqi forması dəyişdirilib və fəaliyyəti təkmilləşdirilib.
Operativ Media xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb.
Fərmana əsasən, “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilmə yolu ilə yenidən təşkil olunub. Yeni yaradılan QSC Dənizkənarı Milli Parkın idarə edilməsi, saxlanılması və inkişafı sahəsində fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsi kimi müəyyən edilib.
Sənədlə Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyinin idarə edilməsi, mühafizəsi və əmlakı reveals Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tapşırılıb.
Bundan başqa, QSC-yə ümumi rəhbərlik üçün 3 nəfərdən ibarət Müşahidə Şurası, cari rəhbərlik üçün isə 3 nəfərdən ibarət İdarə Heyəti yaradılacaq. Maliyyə Nazirliyinə isə qurumun ştat vahidləri və əməkhaqqı sisteminin optimallaşdırılması ilə bağlı maliyyə ekspertizası aparmaq tapşırılıb.
dəqiqələr içində saytın olsun.