Menyu

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin seçim komissiyasının qərarı açıqlanıb

Şəfa Hüseynli
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin seçim komissiyasının qərarı açıqlanıb
1 dəq oxu

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və nazirliyin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin (ARKA) keçirdiyi 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinə təqdim olunmuş layihələrlə bağlı Seçim Komissiyasının qərarı açıqlanıb.

Bu barədə Operativ Media-ya ARKA-dan məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak üçün 48 şirkət tərəfindən 91 layihə təqdim olunub. Komissiyanın əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında apardığı qiymətləndirmə nəticəsində 31 layihə - 8 tammetrajlı, 7 qısametrajlı, 3 bədii-sənədli, 5 sənədli və 8 animasiya filmi pitçinq mərhələsinə buraxılıb. Pitçinq mərhələsinə buraxılan layihələr bunlardır:

Tammetrajlı bədii film layihələri

Aydəmir Entertainment — “İsanın evi”
Karvan Production — “İki Xaqan” 
Nova Gorcia Kino Mərkəzi — “Bir, iki, üç”
CNF — “Meşə növbətçisi” 
Buta Film — “Yeddi məhbusə”
Old Stone Film — “Begemot”  Öz — “Varis”
Seyidbəyli Film — “Mülk”

Qısametrajlı bədii film layihələri 

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası — “Qaranquş yuvası”
Buta Film — “Velosiped sürmək üçün uğurlu gün”
Karvan Production — “İkimiz”
Propaganda — “Yandırmaq da sənlik” 
Devfilm — “Yaddaşın tozu”
Navis — “Rüzgarın melodiyası”
Cinema Art — “İlbiz”

Bədii-sənədli film layihələri

OD Media-Production — “Sükutun ardınca”
Karvan Production — “38 saniyə”
Nova Gorcia Kino Mərkəzi — “Türkün həyat ağacı”

Sənədli film layihələri

OD Media-Production — “Murov”
Cultura Service — “Parisin fatehi - Zelim Kotsoyev”
Propaganda — “Öz evimdə”
Navis — “Yuyunma - Bu bir film deyil”
Cinema ART — “Ömür abidəsi”

Animasiya film layihələri

Animafilm — “İsi, Piti və Novruz bayramı”
Peri Film — “Səma qızı” Lilitopia — “Dovşan ilə canavar” Lilitopia — “Xalça” İnvico — “Şüşədəki xatirələr” Crombone — “Çənlibel” PR Agency — “Tumurcuqlar” Marshal — “Qəhrəman”

Pitçinq mərhələsinin sentyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur.

Fotogalereya

Əlaqəli Xəbərlər