Menyu

MEDİA: Bütün media subyektləri "Media Reyestri"ndə qeydiyyatdan keçməlidir

Operativ Media
MEDİA: Bütün media subyektləri "Media Reyestri"ndə qeydiyyatdan keçməlidir

Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media subyekti kimi təqdim etməyə cəhd göstərirlər.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub.

Bununla əlaqədar bildirilib ki, Azərbaycan Respublikasının ərazisində media fəaliyyəti həyata keçirən bütün media subyektləri "Media haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada "Media Reyestri" İnformasiya Sistemində mövcud olmalıdırlar.

"Özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən, yayımladığı materiallarda media etikası tələblərinə riayət etməyən "Ajmedia. news" veb-saytı "Media Reyestri" İnformasiya Sistemində mövcud deyildir. Bununla yanaşı, "Media haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar müvafiq resurs barəsində məhkəmə tərəfindən aidiyyəti qərar qəbul edilmiş və onun fəaliyyəti qanunsuz hesab edilmişdir.

Bir daha bildiririk ki, bütün media subyektləri, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən və media fəaliyyəti həyata keçirən subyektlər qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməli, öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etməlidirlər", - qurumdan vurğulanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər