Norveçin yeni kralı VIII Haakon xalqa müraciət edəcək
Operativ Media
Norveçin yeni monarxı VIII Haakon atası Kral Haraldın vəfatından sonra bu axşam ilk dəfə xalqa müraciət edəcək. Mərhum kralın xatirəsinə həsr olunan bu çıxış hakimiyyətin rəsmi olaraq yeni monarxa ötürülməsinin başlanğıcı hesab olunur.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, son sutka ərzində 20 mindən çox insan Kral Sarayının qarşısına gələrək mərhum monarxın xatirəsini yad edib. Kral VIII Haakon kilsə, parlament və Ali Məhkəmə rəhbərliyi ilə görüşdükdən sonra çərşənbə axşamı Stortinqdə (parlamentdə) and içəcək. 1908-ci ildə ləğv edildiyi üçün ölkədə tacqoyma mərasimi keçirilməyəcək.
Hazırda Kral Sarayına gətirilən tabutla vidalaşma və dəfn mərasiminin tarixi hələ açıqlanmayıb. Ölkədə dəfn gününədək milli matəm elan olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net