Menyu

Avropada yay transfer pəncərəsi bağlandı

Operativ Media
Avropada yay transfer pəncərəsi bağlandı
1 dəq oxu

Avropanın aparıcı futbol liqalarında – İngiltərə Premyer Liqası, La Liqa, İtaliya A Seriyası, Bundesliqa və Liqa 1-də yay transfer pəncərəsi sentyabrın 1-dən 2-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da rəsmən başa çatıb.

​Operativ Media xəbər verir ki, qeyd olunan çempionatlarda bütün keçidlərin rəsmiləşdirilməsi üçün son tarix məhz həmin vaxt müəyyənləşdirilib. Bununla belə, bəzi klubların son dəqiqələrdə razılaşdırılan transferlərlə bağlı yaxın günlərdə rəsmi açıqlama yayacağı gözlənilir.

​Bununla yanaşı, digər ölkələrin çempionatlarında komandaların heyətlərini gücləndirmək üçün hələ də vaxtı qalır. Türkiyədə transfer pəncərəsi daha 3 gün, Portuqaliya və Səudiyyə Ərəbistanında 4 gün, Rusiyada isə 9 gün ərzində açıq qalacaq.

Əlaqəli Xəbərlər