Menyu

"Yuventus"un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

Operativ Media
"Yuventus"un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq
1 dəq oxu

İtaliyanın "Yuventus" klubunun fransalı yarımmüdafiəçisi Kefren Türam dizindən əməliyyat olunacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

24 yaşlı futbolçu sentyabrın 2-də Lion şəhərinə yola düşəcək və orada əməliyyat olunacaq. Futbolçunun tam bərpası üçün ən azı dörd ay vaxt tələb olunduğu bildirilir.

Əlaqəli Xəbərlər