Menyu

"Real Madrid"in futbolçusu sərxoş halda avtomobil sürdüyü üçün cəzalandırıldı

Operativ Media
"Real Madrid"in futbolçusu sərxoş halda avtomobil sürdüyü üçün cəzalandırıldı
1 dəq oxu

“Real Madrid”in müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük hüququndan 8 ay məhrum edilib və 14 400 avro cərimələnib.

Operativ Media xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Bildirilib ki, hadisə avqustun 16-da 23 yaşlı ispaniyalının avtomobilinin Qran-Kanariyanın cənubunda adi yoxlama zamanı saxlanılması ilə baş verib.

Futbolçunun qanında spirtin səviyyəsi icazə verilən normadan dörd dəfə çox olub. Asensionun göstəricisi 0,90 mq/l təşkil edib, normativ hədd isə 0,25 mq/l-dir.

Avqustun 19-da məhkəmə futbolçunu sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilib.

“Real Madrid” yetirməsi olan Asensio 2025/26 mövsümündə bütün turnirlərdə 34 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Müdafiəçinin Madrid klubu ilə hazırkı müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər