Şəmkirdə güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.
"Operativ Media" xəbər verir ki, ölən şəxs 1979-cu il təvəllüdlü Bayramov Ruslan Nizami oğludur.
Qətli törədən şəxs hadisə yerindən qaçıb.
***
16:24
Şəmkirdə qətl hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, ilkin məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Şəxsiyyəti hələlik məlum olmayan orta yaşlı şəxs güllələnərək qətlə yetirilib.
Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.