"Formula 1": "Red Bull" pilotu İzak Hadjar İtaliya Qran-prisini buraxacaq
Operativ Media
Avstriyanın "Red Bull" komandasının fransalı pilotu İzak Hadjar "Formula 1" üzrə İtaliya Qran-prisində iştirak etməyəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Formula 1"-in mətbuat xidməti məlumat yayıb.
İzak Hadjar məşqlərdən birində zədələnib. Bu səbəbdən o, əvvəlki mərhələ olan Niderland Qran-prisini də buraxıb. Hadjarın yerinə yenidən Yeni Zelandiyadan olan Liam Louson çıxış edəcək.
Fransalı pilot cari mövsümdə 68 xal toplayıb və pilotların şəxsi sıralamasında 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, İtaliya Qran-prisi sentyabrın 4-dən 6-dək keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net