Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır
Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatına start veriləcək.
Operativ Media ACF-ə istinadən xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusu 5 çəki dərəcəsində mübarizə aparacaq.
Qızların 48 kq çəki dərəcəsində Nərgiz Əhmədova 1/16 finalda portuqaliyalı Mariana Pereyra ilə, Gülgəz Musayeva isə moldovalı Kseniya Vaynerlə qarşılaşacaq.
52 kq çəki dərəcəsində Aysun Məmmədovanın 1/16 finaldakı rəqibi ukraynalı Marqarita Miroşniçenko olacaq.
57 kq çəki dərəcəsində Aytən Verdiyeva 1/16 finalda çexiyalı Marketa Korçakova ilə üz-üzə gələcək. Eyni çəkidə Xədicə Qədəşova mübarizəyə 1/8 finaldan başlayacaq və Nika Tomç (Sloveniya) – Luka Veq (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Oğlanların 60 kq çəki dərəcəsində Ayxan Mirzəzadə 1/16 finalda kiprli Stratos Çaralampusla, 66 kq-da isə Məhəmməd Musayev estoniyalı Robert Yakimovla üz-üzə gələcək.
Təsnifat mərhələsi saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Yarışlar “Judo TV”də canlı yayımlanacaq.
dəqiqələr içində saytın olsun.