Menyu

Mourinyo: “Messi üçün darıxacağıq”

Operativ Media
Mourinyo: “Messi üçün darıxacağıq”

“Real”ın baş məşqçisi Joze Mourinyo hücumçu Lionel Messinin Argentina millisində karyerasını başa vurmaq qərarını şərh edib.

Operativ Media xəbər verir ki, 39 yaşlı Messi qərarını sosial şəbəkədə açıqlayıb. Hücumçunun Argentina millisinin heyətində son oyunu 2026-cı il dünya çempionatının finalı olub. Argentina həmin qarşılaşmada əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

“Onun futbolçu kimi keyfiyyətlərini təsvir etmək üçün söz tapmaq çətindir. Onun 39 yaşında dünya çempionatında etdiklərini nəzərə alsaq... Bu, darıxacağımız futbolçudur. Onun son illərindən zövq almaq üçün MLS oyunlarına baxmalı olacağıq. Bunun bir mövsüm, yoxsa bir neçə mövsüm davam edəcəyini bilmirəm. O, bir neçə gün əvvəl də dediyim kimi, hər zaman üçün darıxacağımız futbolçulardandır. Son iki onillikdə bizim nəslimiz üçün bu futbolçunun nə ifadə etdiyini hamımız bilirik”, – portuqaliyalı məşqçi mətbuat konfransında deyib.

63 yaşlı Mourinyo 2010-2013-cü illərdə “Real”ın baş məşqçisi vəzifəsində çalışarkən Messinin çıxış etdiyi “Barselona” ilə qarşılaşıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər