Menyu

Azərbaycanlı mütəxəssis U-20 Avropa çempionatında tibbi təhlükəsizliyə nəzarət edir

Operativ Media
Azərbaycanlı mütəxəssis U-20 Avropa çempionatında tibbi təhlükəsizliyə nəzarət edir

Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova U-20 Avropa çempionatında CEV-in Tibb Nümayəndəsi (Medical Delegate) kimi fəaliyyət göstərir.

Azərbaycan Voleybol Federasiyasından Operativ Media-ya verilən məlumata görə, sentyabrın 3-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən yarışda V.Kazımova iştirakçıların və hakimlərin tibbi təhlükəsizliyinin təmin olunmasına, tibbi xidmətlərin təşkilinə və yarış zamanı müvafiq məsələlərin koordinasiyasına nəzarət edir.

CEV-in Tibb Komissiyasının üzvü olan azərbaycanlı mütəxəssis turnir çərçivəsində tibbi protokolların icrasını və zəruri tibbi tədbirlərin təşkilini də koordinasiya edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər