Menyu

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

Operativ Media
Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb
1 dəq oxu

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası sentyabr və oktyabr aylarında Avropa çempionatının seçmə mərhələsində 3 rəsmi oyun keçirəcək.

AFFA-dan Operativ Media-ya verilən məlumata görə, Rəşad Eyyubovun baş məşqçisi olduğu yığma ilk matçına Bakıda çıxacaq. Rəqib Çexiyanın müvafiq yaş qrupu üzrə millisi olacaq.

U-21 yığmasının oyunlarının təqvimini təqdim edirik:

25 sentyabr

Azərbaycan (U-21) – Çexiya (U-21)

“Bank Respublika Arena”

30 sentyabr

Şotlandiya (U-21) – Azərbaycan (U-21)

“Reqbi Park” (Kilmarnok, Şotlandiya)

6 oktyabr

Azərbaycan (U-21) – Cəbəllütariq (U-21)

“Bank Respublika Arena”.

Əlaqəli Xəbərlər