Menyu

“Keçmişin Sədası” sərgisi keçiriləcək

Şəfa Hüseynli
“Keçmişin Sədası” sərgisi keçiriləcək
1 dəq oxu

8–11 sentyabr tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-Sərgi zalında “Keçmişin Sədası” adlı sərgi keçiriləcək.

Operativ Media xəbər verir ki, sərgidə gənc rəssamların əsərləri vasitəsilə qədim arxeoloji irsin və sənətin vəhdəti təqdim olunacaq.

Sərgidə ziyarətçilər qədim tarixin izlərini, arxeoloji irsin nümunələrini və sənətin ifadə imkanlarını bir arada görmək imkanı əldə edəcəklər. Tədbirin əsas məqsədi qədim irsin sənət vasitəsilə tanıdılması, gənc rəssamların yaradıcılığının dəstəklənməsi və cəmiyyətin mədəni irsə marağının artırılmasıdır.

Sərgiyə giriş sərbəstdir.

Əlaqəli Xəbərlər