Menyu

AİA-da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək

Operativ Media
AİA-da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək
1 dəq oxu

Azərbaycan İdman Akademiyasında (AİA) professor-müəllim heyətinin məzmunun inkişafı, müasir tədris və qiymətləndirmə strategiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil olunacaq.

Bu barədə Operativ Media-ya AİA-nın mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə Kembric Universitetinin ekspertləri Ceyms Bidl sentyabrın 7-dən 9-dək "Effektiv qiymətləndirmə", Reyçl Cefferson isə sentyabrın 10-dan 14-dək "Kurikulumun xəritələnməsi" mövzusunda mühazirələr aparacaqlar.

Əlaqəli Xəbərlər