Menyu

“Xankəndi” FK yeni brendbukunu təqdim edib

Operativ Media
“Xankəndi” FK yeni brendbukunu təqdim edib
1 dəq oxu

“Xankəndi” Futbol Klubu yeni brendbukunu təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Futbolun İnkişaf Fondu tərəfindən “Xankəndi” Futbol Klubunun loqosunun yenilənməsi, vizual üslubunun və oyun formalarının dizaynının hazırlanmasına dəstək göstərilib.

Əməkdaşlıq çərçivəsində klubun Xankəndiyə qayıdışı ilə bağlı kommunikasiya planının hazırlanması, klubun bölgə ilə daha sıx bağlarının yaradılması eləcə də gəlir kanallarının formalaşdırılması istiqamətində də dəstəyin göstərilməsi nəzərdə tutulub.

Əlaqəli Xəbərlər