Menyu

Azərbaycanın gənc taekvondoçuları “Swiss Open”də mübarizə aparacaq

Operativ Media
Azərbaycanın gənc taekvondoçuları “Swiss Open”də mübarizə aparacaq
1 dəq oxu

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandasının üzvləri sentyabrın 6-da İsveçrənin Sant Qallen şəhərində keçiriləcək “Swiss Open” beynəlxalq turnirində mübarizə aparacaqlar.

Operativ Media xəbər verir ki, yarışda iştirak etmək məqsədilə komandamız milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında Sant Qallen şəhərinə yola düşüb.

Yarışda ölkəmizi Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər.

Əlaqəli Xəbərlər