Menyu

Azərbaycan cüdoçusu Süleyman Şükürov Avropa çempionu oldu

Operativ Media
Azərbaycan cüdoçusu Süleyman Şükürov Avropa çempionu oldu
1 dəq oxu

Azərbaycan cüdoçusu Süleyman Şükürov Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Operativ Media xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə almaniyalı Konstantin Distelə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, turnirdə Azərbaycan cüdoçularının qazandığı 3-cü qızıl medaldır.

Əlaqəli Xəbərlər