Menyu

Qurban Qurbanov: İki standart vəziyyətdən qol buraxmaq təhlükəlidir

Operativ Media
Qurban Qurbanov: İki standart vəziyyətdən qol buraxmaq təhlükəlidir

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edən "Qarabağ" 3:2 hesablı qələbə qazanıb.

Operativ Media xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matç haqda fikirlərini bildirib:

"Futbolçularımı təbrik edirəm. Gərgin oyun keçdi. Qarşımızda yaxşı müdafiə olunan və əks-hücumlara yaxşı çıxan komanda var idi. Azarkeşlərə də bizə sona qədər dəstək olduqları üçün minnətdarlığımı bildirirəm."

- 2 qol buraxmaq müdafiədə narahatçılığa əsas verirmi?

- Deməzdim. İki standart vəziyyətdən qol buraxdıq. Diqqətsizlik oldu. Əlbəttə ki, bu təhlükəlidir. Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq bəlkə də, məsuliyyətsizlikdir. Qarşıdakı oyunlarda bunu aradan qaldırmağa çalışacağıq. 

- Koxalskinin gedişi barədə düşüncələriniz?

- Hələ ki, rəsmi bir gediş yoxdur. Danışıqlar gedirdi. Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi.Bu gün matçımız var idi. Bu oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanaram.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər