Menyu

Azərbaycan Premyer Liqasında 21 mövsümün qol rekordu yeniləndi

Operativ Media
Azərbaycan Premyer Liqasında 21 mövsümün qol rekordu yeniləndi

Azərbaycan Premyer Liqasının IV turunda 26 qol vurulub.

Operativ Media PFL-ə istinadən xəbər verir ki, “Sabah” – “Zirə” (5:0), “Kəpəz” – “Şamaxı” (1:4), “Neftçi” – “Şəfa” (4:1), “Qarabağ” – “Araz-Naxçıvan” (3:2) qarşılaşmalarının hərəsində 5 qol qeydə alınıb. “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” (hər ikisi 2:1) matçlarında isə 3 top vurulub.

Turda orta məhsuldarlıq 4,33-ə bərabər olub. Bu, təkcə cari deyil, son 6 mövsümün rekordudur.

Daha yüksək göstərici sonuncu dəfə 2020/21 mövsümündə qeydə alınıb. 2020-ci il noyabrın 21-23-də keçirilən X turun 4 qarşılaşmasında 19 qol vurulub. Orta məhsuldarlıq 4,75-ə bərabər olub.

Ümumi qol sayında isə bu göstərici son 21 mövsümün rekordudur. 2005/06 mövsümünün XXVI turunda 27 qol vurulub. 2006-cı il mayın 29-30-da 7 görüşdə orta göstərici 3,86 olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər