Menyu

Avropa çempionatında 5 medal qazanan cüdoçularımız Bakıya qayıtdı

Operativ Media
Avropa çempionatında 5 medal qazanan cüdoçularımız Bakıya qayıtdı

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

Operativ Media xəbər verir ki, cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.

Xatırladaq ki, Ayxan Mirzəzadə (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Süleyman Şükürov (-90 kq) bütün rəqiblərinə qalib gələrək gənclər arasında Avropa çempionu olublar. Davud Namazlı (-100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medala sahib çıxıblar.

Azərbaycan millisi yarışı 3 qızıl və 2 gümüş medalla başa vuraraq 44 ölkə arasında ümumi hesabda ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər