Menyu

Azərbaycan cüdoçuları Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

Operativ Media
Azərbaycan cüdoçuları Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Operativ Media ACF-ə istinadən xəbər verir ki, Milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesinə cüdoçularımızla yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmalarının üzvləri də qatılıblar.

Toplanış çərçivəsində cüdoçuların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir, eyni zamanda müxtəlif ölkələrin idmançılarının iştirakı ilə randori sessiyaları təşkil olunur.

Beynəlxalq təlim-məşq toplanışı milli komandamızın qarşıdakı mühüm yarışlara — Macarıstan Böyük Dəbilqəsinə və Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatına hazırlıq proqramının bir hissəsidir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər