Menyu

Milli Paralimpiya Komitəsinin rəhbərliyi Sona Ağayeva ilə görüşüb

Operativ Media
Milli Paralimpiya Komitəsinin rəhbərliyi Sona Ağayeva ilə görüşüb

Milli Paralimpiya Komitəsinin rəhbərliyi bocciaçı Sona Ağayeva ilə görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında bürünc medal qazanan bocciaçımız Sona Ağayeva, milli komandanın baş məşqçisi İlham Məhərrəmov və məşqçi Elşən Məhərrəmov iştirak ediblər.

Görüş zamanı dünya çempionatında nümayiş etdirilən çıxışlar dəyərləndirilib, Sona Ağayevanın yarışla bağlı təəssüratları dinlənilib. Həmçinin qarşıdakı beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri müzakirə olunub.

Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov boccia üzrə Avropa və dünya çempionatlarında ilk medalın qazanılmasının Azərbaycan paraidmanı üçün böyük nailiyyət olduğunu qeyd edib.

Görüşdə, həmçinin boccia üzrə ilk dəfə Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazanılması və bununla da tarixi nailiyyətə imza atılması istiqamətində qarşıya qoyulan məqsədlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, Komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər Komitə rəsmiləri də iştirak ediblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər