Menyu

Ermənistan və Gürcüstan nəqliyyat, energetika və aviasiya sahəsində əməkdaşlığı müzakirə edib

Operativ Media
Ermənistan və Gürcüstan nəqliyyat, energetika və aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
1 dəq oxu

Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Davit Xudatyan və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili nəqliyyat, energetika və aviasiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Görüşdə Ermənistan və Gürcüstan şəhərləri arasında yeni birbaşa hava əlaqələrinin yaradılması və mövcud uçuşların tezliyinin artırılması məsələləri müzakirə olunub.

Nazirlər energetika sahəsində strateji əməkdaşlığın davam etdirilməsi, yükdaşımalar və logistika üzrə mövcud məsələlər və inkişaf perspektivlərini də nəzərdən keçiriblər.

Əlaqəli Xəbərlər