Menyu

"Qarabağ" Koxalskinin satışından nə qədər qazandı?

Operativ Media
"Qarabağ" Koxalskinin satışından nə qədər qazandı?

"Qarabağ"dan ayrılan Mateuş Koxalski karyerasını Polşada davam etdirəcək.

Operativ Media xəbər verir ki, polşalı qapıçı ölkəsinin "Veçista Krakov" klubuna keçəcək. Bu barədə "weszlo.com" məlumat yayıb.

Transfer məbləğinin 500 min avro olacağı bildirilib.

26 yaşlı qolkiperin Krakov təmsilçisinə keçidinin hələ 1 ay əvvəl reallaşmağa yaxın olduğu, lakin onun Avropanın TOP-5 liqa klublarından təklif gözlədiyi qeyd olunub.

Xatırladaq ki, qış "transfer pəncərəsi"ndə Koxalskiyə Dortmund "Borussiya" maraq göstərib. Həmin vaxt "Qarabağ"ın qapıçısı üçün təxminən 7 milyon avro tələb etdiyi iddia olunurdu.

Qeyd edək ki, Ağdam klubu Mateuş Koxalskini 2024-cü ilin yayında "Stal"dan (Polşa) 900 min avroya transfer edib. Qolkiper "köhlən atlar"ın heyətində ümumilikdə 76 oyun keçirib, 28 matçda qapısını toxunulmaz saxlayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər