Menyu

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Yefim Abramov vəfat edib

Operativ Media
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Yefim Abramov vəfat edib

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, ssenarist Yefim Abramov vəfat edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda doğulub. 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb, İ.Talankin və Georgi Daneliyanın kursunu bitirib. 1980-1990-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor kimi fəaliyyət göstərib.

Müxtəlif janrlı bədii filmlər ("Qorxma, mən səninləyəm" (1981)- rejissor, "Əzablı yollar" (1982) ikinci rejissor, "Qocalar, qocalar" (1982) - rejissor (Elxan Qasımovla birgə), "Araqarışdıran" (1987) - rejissor, ssenari müəllifi, "Lətifə" (1989) - rejissor (Nizami Musayevlə birgə) çəkib. Bundan başqa, rejissor xarici film istehsalçılarının "Verona səması altında" (2004, rejissorlar Vladimir Krasnopolski, Valeri Uskov / Rusiya, İsrail) serialının ssenari müəllifi olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər