"Fənərbaxça"nın müdafiəçisi Rusiya klubuna keçir
Braziliyalı müdafiəçi Rodrigo Bekao “Fənərbağça”dan ayrılaraq tibbi müayinədən keçmək üçün Moskvaya gedib.
Operativ Media xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 30 yaşlı futbolçunun müayinədən uğurla keçəcəyi təqdirdə 2026/27 mövsümünün sonuna qədər Rusiyanın “Rodina” klubunda icarə əsasında çıxış edəcəyi bildirilib.
Məlumata görə, tərəflər transferin bütün şərtlərini razılaşdırıblar. Keçidin rəsmiləşməsi Bekao-nun tibbi müayinəsinin nəticəsindən asılı olacaq.
Braziliyalı müdafiəçi 2018/19 mövsümündə icarə əsasında MOİK-də çıxış edib. Moskva klubu onun transfer hüquqlarını almaq istəsə də, Bekao “Udineze”yə keçməyə qərar verib.
Bekao 2023-cü ilin iyulundan “Fənərbağça”nın futbolçusudur. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.
2025/26 mövsümündə “Kasımpaşa”da icarə əsasında çıxış edən müdafiəçi 13 oyunda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 2 milyon avro qiymətləndirir.
dəqiqələr içində saytın olsun.