Menyu

Türkiyənin Səhiyyə naziri Binalı Yıldırımın vəziyyəti ilə bağlı məlumat yayıb

Nərmin Qocamanlı
Türkiyənin Səhiyyə naziri Binalı Yıldırımın vəziyyəti ilə bağlı məlumat yayıb

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Azərbaycanda yol qəzasına düşən AKP-nin sədr müavini Binəli Yıldırımın səhhəti ilə bağlı məlumat yayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkyənin "NTV" telekanalı ölkənin səhiyyə naziri Fahrettin Kocaya istinadən məlumat yayıb.

Məlumata görə, Binəli Yıldırımın başının dərisində toxuma itkisi səbəbindən toxuma transplantasiyası əməliyyatının icra edilib. 

Fahrettin Koca həmçinin AKP-nin sədr müavini ilə yanaşı deputat Şamil Ayrımın da səhhətinin yaxşı olduğunu vurğulayıb. 

Qeyd edək ki, 20 oktyabr tarixində Binəli Yıldırım və Şamil Ayrım Zəngilan Beynəlxalq Hava Limanına gedərkən qəzaya uğrayıblar. Onlar helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Daha sonra isə Türkiyəyə yola salınıblar.

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər