"Sabah"ın Çempionlar Liqasındakı şansı açıqlandı
“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə turnirin qalibi olmaq ehtimalı "Opta" nəşri tərəfindən 0 faiz qiymətləndirilib.
Operativ Media xəbər verir ki, "Opta Analyst"in sentyabrın 7-də açıqladığı proqnozlara əsasən, Azərbaycan təmsilçisi 36 komanda arasında 34-cü sırada yer alıb. “Sabah”ın pley-off mərhələsinə yüksəlmək ehtimalı 15,9 faiz, 1/8 finala adlamaq şansı isə 4,8 faiz göstərilib.
"Opta"nın hesablamalarına görə, Bakı klubunun 1/4 finala çıxmaq ehtimalı 0,9 faiz, yarımfinala yüksəlmək şansı 0,2 faizdir. Komandanın finala qədər irəliləməsi isə 0,1 faiz ehtimalla qiymətləndirilib.
Proqnozlara əsasən, Çempionlar Liqasının əsas favoritləri “Arsenal” (20,9 faiz), “Bayern Münhen” (19,4 faiz) və “Mançester Siti”dir (12,3 faiz). Son iki mövsümün qalibi PSJ-nin turniri üçüncü dəfə ardıcıl qazanmaq ehtimalı isə 7,1 faizdir.
dəqiqələr içində saytın olsun.