Menyu

Bedri Meriç Azərbaycan millisində yeni vəzifəyə təyin olundu

Operativ Media
Bedri Meriç Azərbaycan millisində yeni vəzifəyə təyin olundu

Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında U14 və aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru və baş məşqçisi vəzifəsinə təyin olunub.

Operativ Media xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Türkiyəli mütəxəssis son üç mövsümdə Azərbaycan Basketbol Liqasında baş məşqçi kimi fəaliyyət göstərib. O, 2023/24 mövsümündə Gəncə, növbəti iki mövsümdə isə Şəki basketbol klubuna rəhbərlik edib.

Bedri Meriçin rəhbərliyi altında Şəki 2024/25 mövsümündə Azərbaycan çempionatının bürünc medalını qazanıb, 2025/26 mövsümündə isə klub tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yüksəlib.

Azərbaycandakı fəaliyyətindən əvvəl Meriç Türkiyə Basketbol Liqasında (TBL) köməkçi məşqçi, Türkiyə Basketbol 2-ci Liqasında (TB2L) isə baş məşqçi kimi çalışıb. O, həmçinin TED Ankara Koleji və Atakule Spor Akademiyasında aşağı yaş qrupları ilə işləyib, komandaları ilə yerli yarışlarda və Türkiyə çempionatlarında uğurlar əldə edib.

Yeni təyinatı ilə bağlı Bedri Meriç bildirib:

“Əsas məqsədimiz aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarımızda çıxış etməyə hazırlamaqdır. Federasiya və digər yaş qrupları üzrə milli komandaların məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaq istəyirik”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər