Georgi Minaşvili: "Sabahln ulduzları" turniri futbolçuların inkişafına böyük kömək edir
AFFA və Bakı Futbol Federasiyasının (BFF) təşkil etdiyi "Sabahın ulduzları" turniri yeniyetmə futbolçuların inkişafı üçün əvəzsiz layihədir.
Operativ Media xəbər verir ki, bunu "Sabah" Futbol Akademiyasının koordinatoru Georgi Minaşvili BFF-yə açıqlamasında deyib.
Mütəxəssis mövsümlərarası hazırlıq dövründə keçirilən layihənin təşkilatçılarına təşəkkür edib:
"Bu layihə barədə çox müsbət fikirdəyəm. Turnir yeniyetmə futbolçuların inkişafına böyük kömək edir və onların irəliləməsi üçün yaxşı fürsət yaradır. Bu cür yarışlarda futbolçular potensiallarını açmaq imkanı qazanırlar. Hazırda mövsümlərarası hazırlıq dövrüdür. Belə bir vaxtda 'Sabahın ulduzları' layihəsi əvəzsizdir. Onun sayəsində komandalar yeni mövsümə daha yaxşı hazırlaşmaq imkanı qazanırlar, bu layihə futbolçuların təcrübələrini artırmalarına kömək edir".
O, yeniyetmə futbolçulara tövsiyələrini də verib:
"İlk növbədə daha çox çalışmaq lazımdır. Onlara demək istəyirəm ki, təkcə xəyal qurmaq kifayət deyil. Gələcək karyera planını həyata keçirmək üçün çox çalışmaq və peşəkarlaşmaq da vacib şərtdir. Hər şeydən əvvəl peşəkar futbolçu kimi yaşamağı öyrənmək lazımdır. Təkcə meydanda deyil, meydandan kənarda da peşəkarlıq göstərmək vacibdir. Çünki işə münasibət və həyat tərzi peşəkar futbolçu olmaq üçün çox əhəmiyyətlidir".
G.Minaşvili "Sabah" akademiyası komandalarının turnirdəki çıxışını da dəyərləndirib:
"Bu yarışlar yeniyetmə futbolçuların və komandaların hazırlaşması, inkişaf etməsi üçün çox yaxşı fürsətdir. Burada güclü komandalarla qarşılaşırıq. Onlara qarşı oynamaq yeni təcrübədir. Düşünürəm ki, komandalar burada yaxşı çıxış edirlər. U-14 komandası özünü ən yaxşı tərəfdən göstərir. U-15 komandası üçün isə bura ciddi sınaq meydanıdır. Onlar özlərindən bir yaş böyük komandalarla oynayırlar. Bu həm də komanda olaraq maksimumu göstərmək imkanı verir. Ümumiyyətlə, hər iki kollektiv üçün bu yarışda iştirak etmək çox yaxşı təcrübədir. 'Sabahın ulduzları' sayəsində oyunlardan zövq almaq, yaxşı vaxt keçirmək və mövsümə hazırlaşmaq üçün əla fürsət qazanılıb".
dəqiqələr içində saytın olsun.