Menyu

"Mançester Yunayted" - "Sabah" matçı fransalı hakimlərə tapşırıldı

Operativ Media
"Mançester Yunayted" - "Sabah" matçı fransalı hakimlərə tapşırıldı
1 dəq oxu

Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Mançester Yunayted” - “Sabah” oyununun təyinatları açıqlanıb.

Operativ Media UEFA-nın saytına istinadən xəbər verir ki, matç Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Villi Delajo olacaq. Ona yan xətt hakimləri qismində Ervan Finjean və Valentin Evrar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matyo Vernis yerinə yetirəcək.

VAR Jerom Brisara (Fransa), AVAR isə Momçilo Markoviçə (Serbiya) həvalə edilib.

Qeyd edək ki, qarşılaşma sentyabrın 10-da İngiltərənin Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əlaqəli Xəbərlər