Menyu

Lənkəranda innovativ arıçılıq: “Smart” pətəklər hazırlanıb

Şəfa Hüseynli
Lənkəranda innovativ arıçılıq: “Smart” pətəklər hazırlanıb

Ənənəvi arıçılqdan fərqli olaraq biz innovativ arıçılıqla məşğuluq.

Operativ Media-nın Lənkərana ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri sahibkar Səyavuş Yaqubov Dövlət Turizm Agentliyinin Lənkərana təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

S.Yaqubov bildirib ki, müəyyən layihələrdə qalib olub: "KOBİA-nın arıçılıqla bağlı ikinci qrant müsabiqəsində qalib olmuşuq, ötən il şəhərdən-kəndə layihəsinə qoşulmuşduq. Bu layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Aqrar Tədarük və Təchizat ASC-nin və Paşa Holdinqin maliyyə dəstəyi ilə arıçılıq muzeyini təqdim etmişdik".

O qeyd edib ki, muzeydə arı məhsullarının bütün istehsal növləri ilə məşğul olur. Digər arıçılardan fərqli olaraq burda ilk apiterapiya evi fəaliyyət göstərir. (Apiterapiya- arı məhsulları ilə müalicə). Eyni zamanda arı havasında yatmaq üçün otaq fəaliyyət göstərir. Bununla bağlı sahibkar qrant layihə də alıb. Bundan başqa, arı havasında yatmaq üçün pətəklər də fəaliyyət göstərir.

Onun sözlərinə görə, bu müalicə üsulları beyin fəaliyyətini sakitləşdirmək, zehni fəaliyyəti və immum sistemini gücləndirmək üçün istifadə olunur.

"Özümüzün hazırladığımız arıçılıq üçün nəzərdə tutulan smart tərəzilərimiz var. Bu tərəzilər arı pətəyinin altına yerləşdirilir və sms göndərilir. Bununla da biz məsafədən arı haqqında bütün məlumatları (çəkinin artıb-azalması, rütubət və temperatur) əldə edə bilirik"-, deyə sahibkar vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər