Menyu

Tədrisi digər dildə olan siniflərdə "Azərbaycan dili"nin dərs saatları artırılır

Şəfa Hüseynli
Tədrisi digər dildə olan siniflərdə "Azərbaycan dili"nin dərs saatları artırılır

Tədris digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili – dövlət dili kimi" fənninin həftəlik saatları artırılır.

Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2026–2027-ci tədris ilindən etibarən I–IX siniflərin hər birində bu fənn üzrə həftəlik dərs yükü 1 saat artırılacaq:

"Beləliklə, ümumi həftəlik dərs yükü 32 saat olacaq. Hazırda I–V siniflərdə həftəlik dərs saatları 3-dən 4-ə, VI–IX siniflərdə isə 3-dən 4-ə artırılacaq. X və XI siniflərdə isə həftəlik saatların 2-dən 3-ə yüksəldilməsi nəzərdə tutulur".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər