Menyu

“Vest Hem”in və Çexoslovakiya millisinin sabiq qapıçısı vəfat edib

Operativ Media
“Vest Hem”in və Çexoslovakiya millisinin sabiq qapıçısı vəfat edib
1 dəq oxu

“Vest Hem” və Çexoslovakiya millisinin sabiq qapıçısı Ludek Mikloşko 65 yaşında vəfat edib.

Operativ Media xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Mikloşko 2024-cü ilin dekabrında onkoloji xəstəliklə mübarizə apardığını açıqlamış və müalicədən imtina etmək qərarına gəldiyini bildirmişdi.

O, 1990–1998-ci illərdə “Vest Hem”in formasını geyinib. Mikloşko karyerası ərzində Çexiyanın “Banik” və “Qvezda” klublarında, həmçinin “Kuins Park Reyncers”də çıxış edib.

Sabiq qapıçı Çexoslovakiya millisində 40, Çexiya yığmasında isə 2 oyun keçirib.

Mikloşko futbolçu karyerasını başa vurduqdan sonra 2001–2010-cu illərdə “Vest Hem”in məşqçilər korpusunda çalışıb.

Əlaqəli Xəbərlər