Menyu

Tahir Rzayev: Fermerin pulu olacaqsa, gübrə satan özü onun yanına gələcək

Xəbərlər redaksiyası
Tahir Rzayev: Fermerin pulu olacaqsa, gübrə satan özü onun yanına gələcək

Məhsul şəhadətnaməsinin tətbiqi fermerlərin maliyyəyə çıxışını asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatında rəqabət mühitinin genişlənməsinə və məhsulun keyfiyyətinə məsuliyyətin artmasına imkan verəcək.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev komitənin bugünkü iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Tahir Rzayev bildirib ki, kənd təsərrüfatının inkişafında fermerin zəhməti və əməyi əsas amillərdəndir. Onun sözlərinə görə, heyvandarlıq, pambıqçılıq və digər sahələrdə nəticə əldə etmək üçün fermerin əməyinə ehtiyac var.

Komitə sədri qeyd edib ki, qanun layihəsində qida təhlükəsizliyi qaydalarına və məhsulun keyfiyyətinə xüsusi əhəmiyyət verilir. Onun sözlərinə görə, qanunun əsas məqsədlərindən biri də rəqabət mühitinin genişləndirilməsidir.

“Əgər fermerin pulu olacaqsa, o gübrəsatanın özü onun yanına gələcək. O texnikası olanın özü onun yanına gələcək. Dünən fermerin pulu yox idi. Az idi pulu, məcbur olub gedirdi, o şirkətdən keyfiyyətsiz gübrələri alırdı”, - deyə Tahir Rzayev bildirib.

O vurğulayıb ki, fermerin maliyyə imkanlarının artması bazarda seçim imkanlarını da genişləndirə bilər.

Tahir Rzayev məhsul şəhadətnaməsi üzrə öhdəliklərin icrasına görə məsuliyyət məsələsinin də vacib olduğunu deyib. Onun sözlərinə görə, öhdəlik yerinə yetirilmədikdə məsələ icraya yönəldilə bilər.

“Əgər bu məhsul şəhadətnaməsini verən, buraxan adamın özü bir məsuliyyəti olacaq ki, gələcəkdə öhdəliyi yerinə yetirsin. Əgər öhdəliyi yerinə yetirməsə, icraya yönəldilməlidir. Ona görə də səhər-axşam bu sahibin üstündə olacaq ki, bu məhsulu versin, həm də bunu keyfiyyətli versin”, - deyə komitə sədri qeyd edib.

Tahir Rzayev əlavə edib ki, qida təhlükəsizliyi, keyfiyyət, rəqabət və öhdəliklərin icrası ilə bağlı müddəalar qanun layihəsinin əsas istiqamətlərindəndir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər