Malik Həsənov: Azad edilmiş ərazilərdə aqrar sahənin inkişafı üçün geniş imkanlar var
İşğaldan azad edilmiş ərazilərdə aqrar sahənin inkişafı üçün geniş imkanlar yaranıb.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Malik Həsənov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Vətən müharibəsində əldə edilən qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif sahələrdə olduğu kimi, aqrar sahənin inkişafı üçün də geniş imkanlar yaranıb.
Onun sözlərinə görə, həmin ərazilərdə əkin sahələrinin və örüşlərin geniş olması, eləcə də su ehtiyatlarının mövcudluğu kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradır.
Malik Həsənov müasir dövrdə rəqəmsallaşma və süni intellektin tətbiqinin aqrar sahədə də yeni imkanlar yaratdığını vurğulayıb.
Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə süni intellektin tətbiqinə geniş imkan yaradılmalıdır. O, əkin torpaqlarının keyfiyyətinin yaxşılaşdırılması, toxumçuluğun inkişafı, yeni və davamlı toxum növlərinin yaradılmasını əsas prioritetlər sırasında qeyd edib.
Malik Həsənov xüsusilə quraqlığa davamlı toxum növlərinin yaradılmasının vacibliyini vurğulayıb.
dəqiqələr içində saytın olsun.