Menyu

"Real Madrid"in qapıçısı Kurtua: "Daha 5-6 il futbol oynamaq istəyirəm"

Əziz Əzizli
"Real Madrid"in qapıçısı Kurtua: "Daha 5-6 il futbol oynamaq istəyirəm"

“Real”ın qapıçısı Tibo Kurtua futbolçu karyerasını daha 5-6 il davam etdirmək istədiyini bildirib.

Operativ Media xəbər verir ki, 34 yaşlı belçikalı qolkiper bundan sonra akademiya yaradaraq özü kimi qapıçıların hazırlanması ilə məşğul olmağı planlaşdırır.

“Futbolda daha 5-6 il oynamaq istəyirəm. Daha sonra akademiya yaradaraq mənim kimi qapıçıları məşq etdirmək istərdim”, - deyə Kurtuanın sözlərini jurnalist Fabritsio Romano yayıb.

Daha əvvəl Kurtuanın “Real”la müqaviləsini 2028-ci ilin yayına qədər uzatmaq barədə razılığa gəldiyi bildirilib. Onun hazırkı müqaviləsi isə Madrid klubu ilə 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.

Kurtua 2018-ci ilin yayında “Real”a keçib. O, Madrid təmsilçisi ilə üç dəfə İspaniya çempionu olub, iki dəfə Çempionlar Liqasını qazanıb.

Belçikalı qapıçı həmçinin üç dəfə İspaniya Superkubokunun və UEFA Superkubokunun qalibi olub. Onun “Real”la qazandığı digər titullar arasında İspaniya Kuboku, klublararası dünya çempionluğu və Qitələrarası Kubok da yer alır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər