Menyu

Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub

Operativ Media
Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub

4–11 oktyabr tarixlərində Bakı cüdo üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edəcək.

Operativ Media ACF-ə istinadən xəbər verir ki, ilin ən mötəbər cüdo yarışında Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək.

İdmançılarımız performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.

Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr aralığında, qarışıq komanda yarışı isə 11 oktyabrda baş tutacaq.

Dünya çempionatında qüvvəsini sınayacaq qadınlardan ibarət milli komandamızın heyəti təqdim edirik:

Qadınlar

-48 kq Şəfəq Həmidova Könül Əliyeva

-52 kq Gültac Məmmədəliyeva

-57 kq Xədicə Qədəşova

-70 kq Südabə Ağayeva

+78 kq Madina Kaisinova

Kişilər

60 kq

Balabəy Ağayev

Əhməd Yusifov

66 kq

Ruslan Paşayev

Turan Bayramov

Nizami İmranov

73 kq

Hidayət Heydərov

Rəşid Məmmədəliyev

81 kq

Zelim Tçkayev

Ömər Rəcəbli

Vüsal Qələndərzadə

90 kq

Murad Fətiyev

Elcan Hacıyev

Süleyman Şükürov

100 kq

Zelim Kotsoyev

+100 kq

Uşanqi Kokauri

Kənan Nəsibov

Camal Qamzatxanov

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər