Menyu

"Real Madrid"in kapitanı zədələnib

Operativ Media
"Real Madrid"in kapitanı zədələnib
1 dəq oxu

“Real Madrid”in kapitanı Federiko Valverde İspaniya La Liqasının VII turunda “Atletiko”ya qarşı keçirilən oyunda (1:2) sol ayaq biləyindən ciddi zədə alıb.

Operativ Media xəbər verir ki, 28 yaşlı uruqvaylı yarımmüdafiəçinin zədəsi matçın gedişində “Atletiko”nun futbolçusu Li Kan İnin onun ayaq biləyinin üzərinə basması nəticəsində yaranıb. Valverde qarşılaşmanı sona qədər davam etdirib.

“Real Madrid”in tibbi xidmətinin apardığı ilkin müayinədən sonra futbolçunun sol ayaq biləyində ciddi zədə aşkarlanıb.

Klubdan bildirilib ki, Valverde yaxın saatlarda əlavə tibbi müayinələrdən keçəcək.

Əlaqəli Xəbərlər