Daşkəsəndə “Niva” aşıb, bir nəfər ölüb, 2 nəfər yaralanıb

Nərmin Qocamanlı
Daşkəsəndə “Niva” aşıb, bir nəfər ölüb, 2 nəfər yaralanıb

Daşkəsəndə ölümlə nəticələn yol qəzası baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Niva"ın sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü - Xoşbulaq kənd sakini Ramin Qurbanov hadisə yerinədə ölüb, 2 nəfərin yüngül xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər