Menyu

Məktəblərdə 11 illik təhsil məcburi olmalıdır?

Ayşən Sadıxzadə
Məktəblərdə 11 illik təhsil məcburi olmalıdır?

Azərbaycanda ümumi orta təhsilin 11 il olması uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Şagirdlərin 9-cu sinifdən sonra təhsilini davam etdirməsi məcburi olmalıdırmı, yoxsa kollec və peşə təhsilinə yönəlmək seçimi qorunmalıdır?

Mövzu ilə bağlı Operativ Media-ya təhsil eksperti Ramin Nurəliyev danışıb.

O bildirib ki, ümumiyyətlə, Azərbaycanda təhsil haqqında qanuna əsasən birinci sinifdən doqquzuncu sinfə qədər təhsil icbaridir. Onuncu və on birinci siniflərdə isə təhsilin icbariliyi, məcburiyyəti yoxdur. Çünki şagird doqquzuncu sinfi bitirdikdən sonra kollecə qəbul ola, yaxud peşə təhsilinə müraciət edə bilər:

“Yəni orta ümumtəhsil məktəblərində doqquzuncu sinifdən on birinci sinfə qədər oxumaq məcburiyyəti yoxdur. Şagird rahat şəkildə doqquzuncu sinifdən sonra məktəbdən ayrılaraq həm kollecə, həm də peşə təhsilinə müraciət edə bilər. Bu mümkündür.

Sadəcə, arzu olunan odur ki, doqquzuncu sinifdə oxuyan şagirdin ali təhsil almaq arzusu varsa, on birinci sinfi orta ümumtəhsil məktəbində davam etdirsin. Beləliklə, universitetə hazırlaşaraq ali təhsil müəssisəsinə qəbul imkanlarını artıra bilər.

Amma uşağın potensialı zəifdirsə və ehtimal olunur ki, yuxarı siniflərdə kifayət qədər arzu olunan bal toplaya bilməyəcək, o zaman onun doqquzuncu sinifdən sonra peşə təhsilinə və ya kollecə müraciət etmək hüququ var. Yəni şagird bu şəkildə təhsilini peşə təhsili müəssisəsində və ya kollecdə davam etdirə bilər”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər