Menyu

Formula-1 yarışı ilə əlaqədar polis gücləndirilmiş rejimdə çalışır

Operativ Media
Formula-1 yarışı ilə əlaqədar polis gücləndirilmiş rejimdə çalışır

Daxili İşlər Nazirliyi “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar müraciət edib.

Operativ Media xəbər verir ki, müraciətdə deyilir:

"2026-cı il sentyabrın 23-dən 26-dək Bakı şəhərində keçiriləcək “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “Fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə olunur". -  müraciətdə qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər