Menyu

Çimərlik güləşi millisinin Dünya Seriyasının final mərhələsi üçün heyəti açıqlanıb

Operativ Media
Çimərlik güləşi millisinin Dünya Seriyasının final mərhələsi üçün heyəti açıqlanıb

Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Operativ Media-ya verilən məlumata görə, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında İbrahim Rübail (70 kiloqram), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kiloqram), Əşrəf Aşırov (90 kiloqram) və Camal Feyziyev (+90 kiloqram) qum üzərində dünyanın ən güclüsü titulu uğrunda mübarizə aparacaq.

Final seriyasından sonra daha öncə keçirilmiş mərhələlərdə əldə edilən xallar toplanacaq və hər çəkidə ən çox xala sahib güləşçi dünya çempionu ünvanına sahib çıxacaq.

Qeyd edək ki, yarışda ədaləti Azərbaycanın I-S dərəcəli hakimi Asif Şirəliyev qoruyacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər